"Neftçi"nin rəqibi afrikalı hücumçu transfer etdi - FOTO

8 Sentyabr 2020 02:00 Türkiyə 873
"Neftçi"nin rəqibi afrikalı hücumçu transfer etdi - FOTO

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Stok Siti"yə məxsus Oqenekaro Etebonu icarəyə götürüb.

İstanbula gələn nigeriyalı hücumçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti