Super Liqanın debütant klubunda yeni baş məşqçi

13 Oktyabr 2019 09:42 Türkiyə 422
Super Liqanın debütant klubunda yeni baş məşqçi

“Dənizlispor”un yeni baş məşqçisi müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bir neçə gün öncə Yücel İldizi istefaya göndərən Super Liqa təmsilçisinin rəhbərliyi bu posta Mehmet Özdileki gətirib.

Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb. “Dənizlispor”u 2018-ci ilin oktyabr ayından Yücel İldiz çalışdırırdı. Lakin komandanın elitadakı uğursuz çıxışı səbəbindən klub rəhbərliyi onunla müqaviləyə birtərəfli qaydada xitam verib.

Komandanı Super Liqaya çıxaran bu mütəxəssisin rəhbərliyi altında elitada 7 oyuna cəmi 8 xal toplayan Dənizli klubu hazırda 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dönəmində Super Liqanın digər təmsilçisi “Kayserispor”da da Hikmet Karamanı Samet Aybaba əvəz etdi. Aybaba da Kayseri klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti