“Beşiktaş” və “Fənərbaxça”nın çəşhur siması bu kluba keçdi

17 İyul 2021 02:10 Türkiyə 686
“Beşiktaş” və “Fənərbaxça”nın çəşhur siması bu kluba keçdi

Bir neçə gün öncə “Fənərbaxça”dan ayrılan Gökhan Gönülün yeni iş yeri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, bundan sonrakı karyerasını “Rizəspor”da davam etdirəcək.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 36 yaşlı müdafiəçi yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında “77” nömrəli formanı geyinəcək.

Gökhan Gönül ötən mövsümün əvvəlində “Beşiktaş”dan “Fənərbaxça”ya transfer edilmişdi.

“Rizəspor” Seyfettin Anıl Yaşarı da heyətinə qatıb. “Afyonspor”dan transfer olunan 19 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti