“Fənərbaxça” keçmiş baş məşqçisini geri qaytardı

3 İyul 2021 00:00 Türkiyə 760
“Fənərbaxça” keçmiş baş məşqçisini geri qaytardı

"Fənərbaxça"nın yeni baş məşqçisi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Vitor Pereyrayla anlaşıb.

Portuqaliyalı mütəxəssislə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Vitor Pereyra 2015/2016 mövsümündə də "Fənərbaxça"da işləyib. O, son olaraq 2018 - 2020-ci illərdə Çinin "Şanxay Port" klubunda çalışıb.

Bu ilin mart ayında klub rəhbərliyi baş məşqçi Erol Bulutu istefaya göndərəndən sonra, komanda Emre Belözoğluna tapşırılmışdı. Emre isə ötən ay həm idman direktoru, həm də baş məşqçi postundan ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti