I Divizion komandasının yeni baş məşqçisi Almaniya türkü oldu

1 İyun 2021 16:00 Sumqayıt 1 685
I Divizion komandasının yeni baş məşqçisi Almaniya türkü oldu

«Sumqayıt» rəhbərliyi əvəzedici komandanın sükanı ıarxasında dəyişliyə əl atıb.

Klubdan Sportinfo.az-a daxil olan məlumata görə, Zaur Hidayətov baş məşqçi postundan kənarlaşdırılıb.

Son mövsüm 22 xalla I Divizionda 9-cü yeri tutan «dubl»u yeni «futbol ili»ndə kimin çalışdıracağı da bəllidir. Gənclərdən ibarət heyət Hakan Sünala tapşırılıb.

Almaniyadan gələrək 2 ildən artıqdır ölkəmizdə pul qazanan türkiyəli bundan sonra eyni vaxtda iki işi görəcək: əvəzedici komandanı çalışdırmaqla yanaşı, futbol akademiyasının baş koordinatoru vəzifəsində qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM