Premyer Liqanın 10-cu turunda "Araz-Naxçıvan"a məğlub olan (0:1) "Şamaxı"nın belçikalı hücumçusu Conatan Benteke Sportinfo.az-a müsahibə verib.
- Ardıcıl ikinci görüşdə məğlub olmağa səbəb nə oldu?
- Meydanın hər qarışanda döyüşdük. Əlimizdən gələn hər şeyi etdik. Təəssüf ki, sonda məğlub olduq. Deyiləcək söz yoxdur.
- 5 əsas heyət üzvü müxtəlif səbəblərdən tribunada oturmuşdu. Onların yoxluğu meydanda necə hiss olundu?
- Bizim başqa oyunçularımız da var. Biz bir komandayıq.
- Yerli publikanın hakimlərdən böyük narazılığı vardı. Meydanda referilərdən qərəzli münasibəti hiss edirsiniz?
- Hakimlər haqqında danışmaq istəmirəm. Öz oyunumuza daha çox fokuslanmaq istəyirəm.
- O zaman öz oyunun barədə danışaq - 8 oyundu qol hesabını aça bilməmisən. Problem nədir?
- Bir hücumçu kimi həmişə qol vurmaq məcburiyyətindəyəm. Hələki bunu bacarmıram. Amma o demək deyil ki, təslim olmuşam. Mən döyüşməyə davam edəcəm. Komandam üçün əlimdən gələnin ən yaxşısını edəcəm.
XANOĞLAN İMANOV