“Qəbələ”nin baş məşqçi postuna son namizədi məlum oldu – SON DƏQİQƏ

24 Fevral 14:00 Qəbələ 5 216
“Qəbələ”nin baş məşqçi postuna son namizədi məlum oldu – SON DƏQİQƏ

Xəbərdar etdiyimiz kimi, “Qəbələ”nin baş məşqçi si Elmar Baxşıyev istefa verib (https://www.sportinfo.az/idman_xeberleri/qebele/53735.html).

Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.

2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.

2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib.

“Qırmızı-qaralar“ onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Qəbələ“ qısa müddətdə yeni çalışdırıcısının adını açıqlayacaq. Hələlik vakant posta ən real namizəd Cavid Hüseynovdur.

Artıq onunla danışıqlara start verilib. Hazırda II Liqada “Cəbrayıl“ı çalışdıran gənc mütəxəssisin ona doğma kluba dönməsi gözlənilir.

Məlumat üçün bildirək ki, Hüseynov futbolçu karyerasının ən gözəl çağını bu əyalət klubunda keçirib. 2014-2019-cu illərdə qırmızı-qara formanı geyinib.

Ötən mövsüm baş məşqçi kimi “Şamaxı“ ilə Premyer Liqada ilk mövsümünü keçirən Hüseynovun “Qəbələ“ ilə ilyarımlıq müqavilə imzalaması gündəmdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti