"Məni təsirləndirən onların azərbaycanlı olduqları üçün qürur duymalarıdır"

28 Oktyabr 2020 16:00 Qarabağ 939
"Məni  təsirləndirən onların azərbaycanlı olduqları üçün qürur duymalarıdır"

"Qarabağ münaqişənin yaşandığı bölgənin adıdır. Baş məşqçi ölkəni və həmin bölgəni təmsil etdiyimizi açıq şəkildə izah edib".

Sportinfo.az xəbər verir ki,,bu fikirləri "Qarabağ"ın ispaniyalı futbolçusu Xayme Romero ölkəsinin EFE nəşrinə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi ölkədəki hərbi vəziyyətə baxmayaraq, normal həyat tərzində yaşadıqlarını bildirib: "Yalnız axşam saat 9-dan sonra küçəyə çıxmaq qadağandır. Arada bir fərq görmürük, təhlükə də yoxdur.

Məni burada təsirləndirən vətəndaşların azərbaycanlı olduqları üçün qürur duymalarıdır. Avrokuboklarda oynamaq müharibə vəziyyətindəki ölkə üçün vacibdir".

Romero Ağdam təmsilçisində xoşbəxt olduğunu söyləyib: "Komandaya tez uyğunlaşdım. "Qarabağ" ardıcıl 8 ildir avrokubokların qrup mərhələsində oynayır. Bakı möhtəşəm şəhərdir. Koronavirus pandemiyası başlamazdan əvvəl valideynlərim və dostlarım buranı mütəmadi ziyarət edirdi".

Digər Xəbərlər
Xəbər Lenti