Rusiya klubları istəyir - Türkiyə millisinin müdafiəçisini

14 Dekabr 2023 10:00 Türkiyə 650
Rusiya klubları istəyir - Türkiyə millisinin müdafiəçisini

Rusiya klubları Türkiyə millisinin və "Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, “Zenit”, ÇSKA və “Lokomotiv” türkiyəli üçün hərəkətə keçib.

Futbolçunun qış “transfer pəncərəsi” zamanı Rusiyaya yollanacağı gözlənilir.

Bardakçı 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Bu mövsüm 29 yaşlı müdafiəçi Türkiyə çempionatı və Çempionlar Liqasında 25 oyun keçirib, 2 qol vurub, 4 sarı vərəqə ilə cəzalandırılıb.

Transfermarkt portalı Bardakçıya 7,5 milyon avro qiymət qoyub.

Digər Xəbərlər
Xəbər Lenti