COP29

“Qətiyyətsiz hərəkət etdik”

26 Sentyabr 2023 00:10 İspaniya 412
“Qətiyyətsiz hərəkət etdik”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 6-cı turunun “Atletiko” ilə oyunundan (1:3) sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, italiyali baş məşqçi matçı belə şərh edib:

“Real” matça zəif başladı, zəif müdafiə olundu. Öz cərimə meydançamızda çox yumşaq oynadıq və qətiyyətsiz hərəkət etdik.

“Atletiko” bizdən yaxşı oynadı. 1:3 hesabından sonra geri qayıtmaq çətin idi. B

izim tərəfimizdən çox yaxşı müdafiə oyunu olmadı. Bizdə yığcamlıq çatışmırdı, rəqib bundan yararlandı və üç qol buraxdıq”.

“Real” bu mövsüm La Liqada ilk oyununda məğlub olub. 15 xalı olan komanda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Atletiko” beşinci yerdədir (10 xal).

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?