Azərbaycanlı hücumçu “Fənərbağça”ya qarşı necə oynadı? - VİDEO

23 Oktyabr 2023 00:40 Türkiyə 930
Azərbaycanlı hücumçu “Fənərbağça”ya qarşı necə oynadı? - VİDEO

Türkiyə Super Liqasında 9-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Fənərbaxça"nın qonağı olub.

Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

“Fənərbağça”nın qollarını Sebastian Şimanski, Brayt Osayi-Samuel, Edin Ceko və İrfan Can Kahveci vurublar.

Qonaqların heyətində Fauzi Qulam və Rayan Abid fərqləniblər.

Mövsümdə ilk dəfə məğlub olan "Hatayspor" 14 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti