Futbolçular rəhbərlikdən xahiş etdilər ki, Sulşeri...

7 Dekabr 2019 11:01 İngiltərə 1 063
Futbolçular rəhbərlikdən xahiş etdilər ki, Sulşeri...

“Mançester Yunayted” futbolçuları rəhbərlikdən Ule-Qunner Sulşeri istefaya göndərməməyi xahiş ediblər.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunun “Tottenhem”lə oyunundan (2:1) əvvəl klubun vitse-prezidenti Ed Vudvord futbolçularla görüşüb. Klub rəsmisi söhbət əsnasında oyunçuların baş məşqçi haqda fikirlərini öyrənib.

Komanda isə norveçliyə tam dəstəyini nümayiş etdirib. Ona görə də rəhbərlik Sulşerlə yollarına davam etmək qərarını qətiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq