
“Everton”un baş məşqçisi Frank Lempard istefaya göndərilib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
“Klubun idarə heyəti yekdilliklə Lempardın baş məşqçi vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib”, - məlumatda qeyd olunub.
Lempard 31 yanvar 2022-ci ildən “Everton”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda bütün yarışlarda 44 oyun keçirib, 12 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 24 məğlubiyyətlə üzləşib.
“Everton” bu mövsüm Premyer Liqada 20 matçdan 15 xalla 19-cu pillədə qərarlaşıb.