“Rəbbim, mənə kömək et”: Gəncə terroru türk mətbuatında - VİDEO

18 Oktyabr 2020 14:10 Hadisə 1 860
“Rəbbim, mənə kömək et”: Gəncə terroru türk mətbuatında - VİDEO

Türkiyə mətbuatı ermənilərin bu gecə Gəncədə törətdiyi terror aktından yazıb.

Sportinfo.az xəbər verir ki, “Rəbbim, mənə kömək et” deyərək dağıntılar altından gələn səslər hər kəsin diqqətini çəkib:

“Ermənistanın raket hücumu nəticəsində Gəncədə dağılan evlərdə axtarış-xilasetmə işləri davam edir.

Digər tərəfdən, 12 mülki şəxsin həyatını itirdiyi hücum anının görüntüləri ortaya çıxıb. Gəncənin raketlərlə məhv edildiyi anların videogörüntüsündə mülki şəxslərin “Rəbbim, mənə kömək et” fəryadı eşidilib. Gəncədəki mülki yaşayış məntəqələrinə edilən raket hücumunda 12 mülki şəxsin həyatını itirdiyi, 40-dan çox insanın yaralandığı bildirilib.

Ermənistanın hücumunda ölənlərdən ikisi uşaqdır. Ermənistanın hərbi cinayətləri davam edir”.

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli-miqdarda ziyan dəymişdir.

Digər Xəbərlər
Xəbər Lenti