AFFA-dan məşhur seriala reaksiya: "Bizim üçün təəccüblü və gözlənilməz oldu"

16 Oktyabr 2021 09:20 Hadisə 856
AFFA-dan məşhur seriala reaksiya: "Bizim üçün təəccüblü və gözlənilməz oldu"

Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümündə AFFA-nın loqosu olan geyimlərdən istifadə olunub.

Sportinfo.az xəbər verir ki, futbol qurumu məsələ ilə bağlı açıqlama yayıb.

“Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu.

Bununla bağlı AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşmanın olmaması nəzərə alınaraq, serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb.

Gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin”, - açıqlamada deyilir.

Digər Xəbərlər
Xəbər Lenti