Bakı küləyi fransalı ulduza çətin anlar yaşatdı - VİDEO

28 İyul 2021 22:10 Hadisə 408
Bakı küləyi fransalı ulduza çətin anlar yaşatdı - VİDEO

"Neftçi" və "Olimpiakos" arasındakı Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qeyri-adi hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, 23-cü dəqiqədə qonaq komandanın futbolçusu Matyö Valbuena künc zərbəsini yerinə yetirmək istərkən çətin anlar yaşayıb.

37 yaşlı yarımmüdafiəçi topa yaxınlaşdığı vaxt güclü külək künc bayrağını silkələyərək, ona mane olub.

Digər Xəbərlər
Xəbər Lenti