Keçmiş futbolçu güllələnərək qətlə yetirildi - FOTO

14 Aprel 2021 18:00 Hadisə 1 040
Keçmiş futbolçu güllələnərək qətlə yetirildi - FOTO

Latviyanın paytaxtı Riqada keçmiş futbolçu Roman Bezzubov güllələnərək qətlə yetirilib.

Sportinfo.az xəbər verir ki, polis cinayətdə ən azı iki nəfərin iştirak etdiyini müəyyənləşdirib.

Onların BMW X5 markalı avtomobildən atəş açaraq, hadisə yerini tərk etdikləri bildirilib.

Ölkəsinin "Politsiya", "Dauqava", "Venta" və "Yurmala" klublarında çıxış etmiş veteran futbolçu 300-dən artıq oyun keçirib. O, karyerasını başa vurduqdan sonra futbol agenti kimi çalışırdı.

Digər Xəbərlər
Xəbər Lenti