Komendant saatı elan olunan yerlərdə icazələri bu qurumlar verəcək

27 Sentyabr 2020 19:55 Gündəm 1 091
Komendant saatı elan olunan yerlərdə icazələri bu qurumlar verəcək

Sportinfo.az xəbər verir ki, sentyabrın 28-dən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında saat 21:00-dan 6:00-dək komendant saatı elan olunur və küçəyə çıxmağa qadağa qoyulur.

Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib ki, sözügedən yerlərdə müvafiq icazələrin alınması ASAN xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə aparılacaq.

İcazələr elektron icazə formatında həyata keçiriləcək. Sabahdan ölkədə hərbi vəziyyət elan olunur.

Digər Xəbərlər
Xəbər Lenti