De Byazi hansı ölkələrdən təklif alıb?

8 Sentyabr 2021 23:40 Gündəm 1 697
De Byazi hansı ölkələrdən təklif alıb?

Canni De Byazi damı olmayan futbolumuza dam tikə bilməsə də, burdan görüb-götürdüyü çox şey var.

Məsələn, italyan AFFA-da olan “istedadlı dələduzlar”ın bütün şakərlərini mənimsəyə bilib.

Əhsən? Haradan bildim?

Deyir ki, adım müxtəlif yığmalarla hallanır. Yəni hərif bizə xatırladır ki, dünya ölkələri üstümdə davaya çıxıblar. Ki, guya biz bunun ətəyindən ikiəlli yapışaq.

Amma nədənsə, Azərbaycan futboluna heç nə verməyən bu adam, adı müxtəlif yığmalarla hallansa da, burda qalmaq istəyir.

Deyir ki, burdakı şərtlər onu tam qane edir.

Yəni məlum olur ki, adam küyə (burda başqa ifadə işlətmək haqqına sahibsiniz) basırmış “adım müxtəlif yığmalarla hallanır” deyərkən.

Hallanırsa, get də, ay mütəxəssis! Get o yığmalarda uğur, ad-san qazan.

Bu biabırçlıqlardan sonra getmirsənsə, demək ki, goplayırsan. Azərbaycan yığmasını Lüksemburq qarşısında da rəzil duruma salan birinə hansı ölkənin federasiyası maraq göstərər? Belə ağılsızı tapmaq bu qədərmi asan?

Ona görə də AFFA-nı əldən buraxmaq istəməzsən, De Byazi. Üstəlik, AFFA rəhbərlərinin şakərini, xarakterini də mənimsəyibsənsə.

İşinə davam et, amma sən Allah, küyə basma. Sənə heç yerdən təklif gəlmir. Bu dünyada bizim AFFA-dan başqa başına at təpən yoxdur.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti