UEFA prezidenti Bakıya gəldi - Türkiyə - Uels oyununu izləmək üçün

16 İyun 2021 17:50 Gündəm 646
UEFA prezidenti Bakıya gəldi - Türkiyə - Uels oyununu izləmək üçün

UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, sloveniyalı qurum başçısı AVRO-2020-nin Türkiyə - Uels oyununu izləyəcək.

Bu görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.

A qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma AVRO-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşma saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti