"O gələndə bütün satqınların işi şuluq olacaq"

7 Mart 2021 18:10 Gündəm 1 731
"O gələndə bütün satqınların işi şuluq olacaq"

İrəvandakı qiyamçı vətənpərvərlərə tezliklə “yeni Njde” başçılıq edəcək.

Sportinfo.az xəbər verir ki, bunu erməni əsilli rusiyalı jurnalist Aram Qabrelyanov “Facebook” səhifəsində yazıb.

O hesab edir ki, Ermənistanın paytaxt İrəvanda daha iki-üç mitinq keçirilsə, qiyamçı vətənpərvərlərə “yeni Njde” başçılıq edəcək:

“Svil müxalifətin vəziyyəti dinc yolla idarə etməsi üçün o qədər də çox vaxt qalmayıb. Ermənistan hakimiyyətində türklərə qarşı yeni əksinqilabçılar arasında artıq “yeni Njde” yetişməkdədir.

O gələndə bütün satqınların işi şuluq olacaq. O gələndə Vətənin bütün vətənpərvər övladları xoşbəxt olacaq”, - deyə Qabrelyanov bildirib.

II dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde Ermənistanda faşizmin "qəhrəmanlıq" simvolu hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti