Hər an baş məşqçi təyin oluna bilər – Məşhur kluba

29 Noyabr 2020 19:20 Fransa 1 078
Hər an baş məşqçi təyin oluna bilər – Məşhur kluba

“Yuventus”un sabiq çalışdırıcısı Massimilano Alleqri PSJ-nin baş məşqçisi Tomas Tuhelinn yerinə əsas namizəd hesab edilir.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun idman direktoru Leanardo hər an 53 yaşlı mütəxəssisə müqavilə təklif edə bilər.

İtaliyalı çalışdırıcı ilə "İnter" də yaxından maraqlansa da, maddi problemlərə görə rəhbərlik onu komandanın baş məşqçisi vəzifəsinə gətirmək fürsəti tapmır.

Tuhelin isə PSJ ilə müqaviləyə xitam verəcəyi və gələn yay klubdan ayrılacağı gözlənilir.

Alleqri “Yuventus”dan bu ilin yayında ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM