Millimizə qol vuran hücumçu ölkəsində ən yaxşı seçildi

14 Oktyabr 16:20 Fransa 1 324
Millimizə qol vuran hücumçu ölkəsində ən yaxşı seçildi

Liqa 1-də sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Lans"ın hücumçusu Florian Toven ötən ayın ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu qalib olmaq üçün "Brest"in hücumçusu Roman del Kastilyo və PSJ-nin yarımmüdafiəçisi Vitinyanı qabaqlayıb.

32 yaşlı oyunçu sentyabr ayında Fransa çempionatında keçirdiyi 3 oyunda 1 qol vurub.

Floriaan Toven Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada komandasının 3-cü qolunun müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda