“Real”ın kapitanını transfer etmək istəmir – Onlara Mbappe lazımdır

17 Noyabr 2020 15:40 Fransa 460
“Real”ın kapitanını transfer etmək istəmir – Onlara Mbappe lazımdır

PSJ “Real”ın kapitanı Serxio Ramosu transfer etmək istəmir.

Sportinfo.az xəbər verir ki, bundan əvvəl paytaxt təmsilçisinin 34 yaşlı müdafiəçini almaq istədiyi haqda məlumatlar yayılsa da, klubun belə bir planı olmadığı məlum olub.

Xəbərdə hazırda PSJ-nin əsas hədəfinin Mbappe ilə müqaviləni yeniləmək olduğu bildirilib.

Mbappe-nin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır. Ramosun “kral klubu” ilə sözləşməsinin müddəti isə bu mövsümün sonunda bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti