"Mən Messinin yox, onun transferi üçün pul xərcləyərdim"

17 Noyabr 2020 01:24 Fransa 514
"Mən Messinin yox, onun  transferi üçün pul xərcləyərdim"

PSJ-nin sabiq futbolçusu Erik Rabesandratana Paris klubunun Çempionlar Liqasında uğurlu olmaq üçün Nqolo Kanteyə ehtiyacının olduğunu fikirləşir.

Sportinfo.az xəbər verir ki, o, Fransanın Kantenin yeganə qolu ilə Portuqaliya millisini məğlub etdiyi qarşılaşmadan sonra "Blue France"a açıqlamasında bildirib:

"PSJ-nin baş məşqçisi olsaydım, Nqolo Kantenin transferi üçün pul xərcləyərdim. O, möhtəşəm futbolçudu. PSJ-yə Çempionlar Liqasını qazandıra bilər. Messi və ya başqa bir futbolçuya yox, Kanteyə ehtiyacımız var".

Nqolo Kantenin "Çelsi" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdi.

Digər Xəbərlər
Xəbər Lenti