"Bir az şokdadır, dəyişməlidir, onun bacarığını şübhə altına almayacam"

11 Noyabr 2020 01:24 Fransa 763
"Bir az şokdadır, dəyişməlidir, onun bacarığını şübhə altına almayacam"

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçuları Antuan Qrizmannın “Barselona”dakı durumuna münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis "Telefoot"a açıqlamasında futbolçunun çətin durumdan keçdiyini söyləyib.

Deşam Qrizmannın tədricən daha yaxşı çıxış edəcəyini bildirib: “Qrizmann bir az şokdadır, dəyişməlidir. Amma onun bacarığını heç vaxt şübhə altına almayacam. Düzü, klublarında çətin vəziyyətdən keçən bütün oyunçular bir az şoka düşürlər. Bu da təbiidir”.

Qrizmann bu mövsüm La Liqada 7 oyuna 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM