COP29

Məşhur forvard millidə qol vurdu, dayısı yadına düşdü - FOTO

7 İyun 01:30 Fransa 1 569
Məşhur forvard millidə qol vurdu, dayısı yadına düşdü - FOTO

Lüksemburq ilə yoldaşlıq görüşündə Fransanın hücumçusu Kilian Mbappe 83-cü dəqiqədə qol vurub.

O, qolunu mərhum dayısı Aleksə həsr edib.

Sportinfo.az xəbər verir ki, Mbappe həmin anın fotolarını instaqram hesabında paylaşıb.

Fransa - Lüksemburq oyunu fransızların 3:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.

İyunun 3-ü “Real Madrid” Kilian Mbappe ilə müqavilə imzaladığını elan edib. Futbolçunun “Real”la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe əvvəllər PSJ-də çıxış edib.

Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti