"Məgər "Liverpul", "Real", "Barselona" liderdir?"

31 Oktyabr 2020 15:18 Fransa 478
"Məgər "Liverpul", "Real", "Barselona" liderdir?"

PSJ-nin baş məşqçisi Tomas Tuhel komandasının çox tənqid edilməsindən narazılıq edib.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis həmin fikirlərlə razılaşmadığını bildirib:

“Tənqid problem deyil. Bunu mənə də edə bilərsiniz. Amma gəlin, realist olaq. “Yuventus” A Seriyasında liderdir? Yox. İngiltərədə “Liverpul” birincidir, yoxsa “Mançester Siti”? La Liqada “Barselona”, yoxsa “Real”?

Biz Liqa 1-də liderik. Amma hamı deyir ki, hə, PSJ üçün bu, asandır. Heç də asan deyil. İnsanlar başa düşməlidirlər ki, rəhbərlik etmək həmişə çətindir”.

8 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edən PSJ Çempionlar Liqasının H qrupunda 3 xalla 2-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti