PSJ evdə darmadağınla qalib gəldi - VİDEO

25 Oktyabr 2020 12:20 Fransa 856
PSJ evdə darmadağınla qalib gəldi - VİDEO

PSJ Liqa 1-də növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi 8-ci turda doğma meydanda “Dijon”u qəbul edib.

Görüşdə hesabı 2-ci dəqiqədə paytaxt klubunun futbolçularından Mois Kean açıb. 20 yaşlı hücumçu 22-ci dəqiqədə də fərqlənməklə özünün və komandasının 2-ci qolunu vurub.

Mbappe 81-ci dəqiqədə fərqi 3 topa çatdırıb. 21 yaşlı hücumçu 87-ci dəqiqədə də qapını dəqiq nişan alaraq, dubl edib və matçın yekun hesabını müəyyənləşdirib- 4:0.

Bu qələbədən sonra PSJ 18 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. “Dijon” isə 2 xala sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM