Adilin karyerasını məhv edən - Əyləncə və qadınlar

16 Oktyabr 2020 10:10 Fransa 2 237
Adilin karyerasını məhv edən - Əyləncə və qadınlar

“Boavişta”nın futbolçusu Adil Rami karyerasının uğurlu alınmaması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Adil bunun əsas səbəbinin qidalanma ilə bağlı olduğunu bildirib.

O, qədərindən artıq yediyini etiraf edib: “Karyeram yaxşı ola bilərdi, əgər hər şeyi düzgün etsəydim. Mənim xeyli gecə əyləncələrim, xeyli qadınlarım olub.

Ümumiyyətlə, çəkimə qətiyyən fikir vermirdim. Qidalanmaq mənim əsas problemim idi. Yeməyi çox sevirəm. Bu da məyusedicidr. Formada olanda heç bir hücumçu məni qorxutmur”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!