PSJ onu “Milan”dan havayı əldə etmək istəyir

13 Oktyabr 2020 15:18 Fransa 624
PSJ onu “Milan”dan havayı əldə etmək istəyir

“Milan”ın qapıçısı Canluici Donnarumma karyerasını Fransada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Donnarumma PSJ ilə müqavilə bağlaya bilər.

Amma Paris klubu onu havayı əldə etmək niyyətindədir. Qapıçının “Milan”la müqaviləsi 2021-ci ilin yayında başa çatır. PSJ məhz həmin vaxt onunla müqavilə bağlamağı planlaşdırır.

Məlumata görə, Canluicinin “Milan”la yeni müqavilə barədə danışıqları alınmayıb. Buna səbəb qapıçının yüksək məvacib tələb etməsidir.

“Milan”ın qapıçıya illik 7-8 milyon avro məvacib təklif etdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti