Bu klubda yeni baş məşqçi

13 Oktyabr 2020 00:28 Fransa 518
Bu klubda yeni baş məşqçi

“Mets”də baş məşqçi dəyişikliyi qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Vensan Onyonu Frederik Antonetti ilə əvəz edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Antonetti 2018/19 mövsümündə də “Mets”i çalışdırıb və bu komandanı Liqa 2-də çempion edərək elitaya çıxarıb. Lakin həmin dövrdə həyat yoldaşı vəfat edən 59 yaşlı mütəxəssis komandadan ayrılmağa qərar verib, baş məşqçi postu isə onun köməkçisi Onyona tapşırılıb.

“Mets” rəhbərliyi bir illik fasilədən sonra sabiq çalışdırıcısını yenidən geri qaytarmağa qərar verib. Antonetti karyerası ərzində “Bastiya”, “Sent-Etyen”, “Nitsa”, “Renn” və “Lill” klublarını da çalışdırıb.

Liqa 1-də geridə qalan 6 tur ərzində cəmi 7 xal toplamış “Mets”, hazırda 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!