"Burada qaldığım üçün məyusam? Ayrılmadığıma peşman deyiləm”

11 Oktyabr 2020 12:20 Fransa 789
"Burada qaldığım üçün məyusam? Ayrılmadığıma peşman deyiləm”

Uzun müddətdir adı “Arsenal”la yanaşı çəkilən, lakin London klubuna transferi alınmayan “Lion”un futbolçusu Ussem Auar açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçusu Fransa klubunda qaldığı üçün xoşbəxt olduğunu bildirib:

“Klubumla uğurlu mövsüm keçirmək və itirdiyimiz xalları bərpa etmək üçün burdayam. Ən yaxşı mövsümlərimizdən birini keçirməyə çalışacağıq. Komandanı layiq olduğu yerə – Fransanın zirvəsinə qaytarmaq istəyirik.

Komandada qaldığım üçün məyusam? Əksinə, sevdiyim klubda, dostlarım və ailəmlə birlikdəyəm. Komandadan ayrılmadığım üçün peşman deyiləm”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM