"Yaxşı oğlandır, onunla yalnız bir dəfə mübahisə etmişəm"

8 Oktyabr 2020 22:20 Fransa 605
"Yaxşı oğlandır, onunla yalnız bir dəfə mübahisə etmişəm"

“Mançester Yunayted”in yeni transferi Edison Kavani açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Kavani PSJ-də oynadığı dövrü xatırlayıb.

Uruqvaylı hücumçu Neymarla münasibətləri barədə də danışıb: “O, yaxşı oğlandır. Mən Neymarla yalnız bir dəfə, “Lion”la oyunda mübahisə etmişəm. Məhz o hadisəni qabardaraq bizim münasibətlərimizin yaxşı olmadığını deyirlər.

Amma bu belə deyil. Düzdür, biz ayrı-ayrı adamlarıq. Ancaq həmişə demişəm ki, komandada hamının dost olması vacib deyil.

Əsas odur ki, meydanda dost olasan, hamı komanda naminə mübarizə aparsın, bir-birinə dayaq olsun. Ondan sonra isə paltardəyişmə otağında. Daha hamının bir yerdə nahar etməsinə ehtiyac yoxdur.

Bəli, biz ayrı-ayrı adamlarıq, bizim düşüncələrimiz fərqlidir, amma bütün bunlar yaxşı münasibətə mane olmur”.

Digər Xəbərlər
Xəbər Lenti