Səudiyyə Ərəbistanı klubunu “Lion”a dəyişir? - KƏRİM

4 Yanvar 01:30 Fransa 649
Səudiyyə Ərəbistanı klubunu “Lion”a dəyişir? - KƏRİM

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubunu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, forvard “Lion”a qayıtmağı planlaşdırır.

Fransa klubunun rəhbərliyi artıq keçid üzərində işləyir. Benzema daha əvvəl karyerasını "Lion"da bitirmək istədiyini bildirmişdi.

Fransalı 2023-cü ilin yayında azad agent kimi "Əl-İttihad"a keçib.

Bu mövsüm futbolçu ərəb klubunun heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.

Digər Xəbərlər
Xəbər Lenti