
Bu gün Azərbaycan Premyer Liqasında III turun daha bir görüşü keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq matçda "Neftçi" "Sabah"la qarşılaşacaq.
“Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən "ağ-qaralar" rəqibini başqa stadionda qəbul edəcək.
Sözügedən matç saat 20:30-da başlayacaq.
Roman Qriqorçukun rəhbərlik etdiyi "Neftçi" ilk iki turda heç-heçəyə razılaşıb. UEFA Konfrans Liqasında mübarizəni başa vuran "bayquşlar" isə öncəki iki turda cəmi 1 xal toplayıb.
Ötən gün III tur çərçivəsində "Turan Tovuz" "Kəpəz"ə 3:0, "Sumqayıt" isə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb.
"Neftçi" – "Sabah" 0:2
Qollar: Amil Seydiyev, 54, Con Ley Mikels, 76
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 14. Edvin Kuç, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 44. Yuri Matias, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıye, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 21. İldar Alekperov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Zirə Olimpiya İdman Kompleksinin stadionu, 20:30