Neymarın cəzası verildi

17 Sentyabr 2020 18:10 Fransa 521
Neymarın cəzası verildi

Fransa Futbol Federasiyası PSJ - "Marsel" oyununda (0:1) baş verənlərlə bağlı cəzaları açıqlayıb.

Sportinfo.az xəbər ki, matçın sonlarında qalmaqalı yaradan Layvin Kurzava 6 oyun cəzalandırılıb.

Onunla dalaşan "Marsel"in müdafiəçisi Cordan Amavi isə 3 oyunluq cəza alıb.

PSJ-nin futbolçuları - Neymar və Leandro Paredes isə növbəti 2 oyunda komandalarına kömək edə bilməyəcəklər. "Marsel"in hücumçusu Dario Benedetto isə 1 oyun kənarda qalacaq.

"Marsel"in futbolçusu Alvaro Qonsalesin PSJ-nin hücumçusu Neymara irqçi sözlər deməsi ilə bağlı iş açılıb. Hər iki futbolçunun cəzalanacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti