"Səhvini etiraf etmirsənsə, kişi deyilsən! Sənin kişiliyin çatmır, kişi ol!”

15 Sentyabr 2020 14:08 Fransa 1 267
"Səhvini etiraf etmirsənsə, kişi deyilsən! Sənin kişiliyin çatmır, kişi ol!”

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 3-cü turunda “Marsel”lə matçdan sonra (0:1) rəqibin oyunçusu Alvaro Qonzalesin ona qarşı irqçilik etməsi ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu 30 yaşlı müdafiəçinin ona “qara” dediyini və günahını etiraf etmədiyini söyləyib.

Neymar həmin məsələyə görə öz Tvitter hesabında paylaşım edərək, bunları yazıb:

“Səhvini etiraf etmirsənsə, kişi deyilsən. Məğlub olmaq idmanın bir hissəsidir, irqçilik və təhqir isə yox. Mən sənə hörmət etmirəm. Sənin kişiliyin çatmır. Kişi ol. İrqçi!”

Neymar "Marsel"lə görüşdə Qonzalesin başına yumruq vurduğu üçün meydandan qovulmuşdu. Fransa mətbuatı onun 7 oyunluq cəzalana biləcəyini yazıb.

Digər Xəbərlər
Xəbər Lenti