"Yalnız o əclafın üzünə vurmadığım üçün peşmanam" - VİDEO

14 Sentyabr 2020 18:20 Fransa 770
"Yalnız o əclafın üzünə vurmadığım üçün peşmanam" - VİDEO

"Marsel"in futbolçusu İvaro Qonzales Fransa çempionatının 3-cü turunda PSJ-ə ilə matçda (1:0) rəqib oyunçulardan birini təhqir edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Paris klubunun futbolçularından birinə "ağzını bağla, murdar meymun" deyib.

Görüşdən sonra Neymar "Tvitter" hesabından Qonzalesin bu sözləri məhz ona dediyini bildirib: "Yalnız o əclafın üzünə vurmadığım üçün peşmanam. VAR asanlıqla mənim hərəkətimi gördü. Bəs o irqçinin mənə meymun deməsi... Oyundan kənarlaşdırılan mən oldum. Bəs onlar?".

Qonzales isə Neymarın ittihamlarına komanda yoldaşları ilə bərabər paylaşdığı şəkilə bu sözləri yazaraq cavab verib: "İrqçiliyin futbolda yeri yoxdur.

Mən və komanda yoldaşlarım təmiz bir karyeraya sahibik. Bəzən məğlubiyyəti də öyrənmək lazımdır. Mükəmməl bir qələbə qazandıq. "Marsel" ailəsinə təşəkkür edirəm".

Neymar sözügedən görüşdə Qonzalesin boynuna yumruq zərbəsi vurub və buna görə meydandan qovulub.

Digər Xəbərlər
Xəbər Lenti