Azərbaycana qol vurdu, qiyməti 40 milyon avroya qalxdı

10 Sentyabr 2020 13:12 Fransa 1 622
Azərbaycana qol vurdu, qiyməti 40 milyon avroya qalxdı

“Seltik”in hücumçusu Odsonn Eduard bir neçə nəhəng klubun maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı forvard üçün Şotlandiya təmsilçisi təkliflər alıb.

Fransanın U-21 yığmasının düşərgəsindən yenicə qayıdan Eduardın Avropa çempionatının seçmə mərhələsində Gürcüstan və Azərbaycanla matçlardakı çıxışı və qol vurması diqqətdən yayınmayıb.

Təkliflərə baxmayaraq, “Seltik” onu daha bir il saxlamaq niyyətindədir. Ancaq Qlazqo təmsilçisi israrı nəzərə alaraq, hücumçunun transfer qiymətinin 40 milyon funt-sterlinq olduğunu açıqlayıb.

Eduardın İngiltərə Premyer Liqa klublarından birinə keçidi istisna edilmir. 2018-ci ildə PSJ-dən transfer olunan gənc ulduzun “Seltik”lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti