"Açığı, Azərbaycanın güclü olacağını gözləyirdim"

7 Sentyabr 2020 23:15 Fransa 992
"Açığı, Azərbaycanın güclü olacağını gözləyirdim"

"Çətin oyun oldu. Xüsusən ilk yarıda matça nəzarət etməyə çalışdıq. Hesabı açmaq üçün fasiləyədək çoxlu şansımız oldu".

Sportinfo.az xəbər verir ki, bunu Fransanın 21 yaşadək futbolçulardan ibarət millissinin baş məşqçisi Silven Ripoll Sumqayıtda Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, ikinci hissə komandası üçün daha çətin keçib: "Bu da Azərbaycan yığmasının səyləri artırması ilə əlaqədar idi. Fasilədən sonra texniki cəhətdən zəif oynadıq. Xüsusən, topun saxlanılması sarıdan çatışmazlığımız oldu."

O, Parisdə Azərbaycana 5:0 hesabı ilə qalib gəldikləri ilk matçla bugünkü qarşılaşmanı müqayisə edib: "Fransadakı oyunda daha çox mövqe əldə edir, meydanın daha çox hakimi idik.

Bu gün Azərbaycan yığmasının oyununu bəyəndim. Rəqib daha yaxşı çıxış etdi. Bizim isə ikinci hissədə problemlərimiz oldu. Açığı, Azərbaycanın güclü olacağını gözləyirdim. İsveçrəyə nəzərən daha yaxşı oyun sərgilədilər".

Baş məşqçi azərbaycanlı futbolçuların Avropaya çıxa bilməmələrinin səbəbini bu cür izah edib: "Detallara kifayət qədər vara bilmərəm. Amma daha çox məşq etmək lazımdır. Heyətinizdə kifayət qədər istedadlı futbolçular var. Bunu ilk matçda da hiss etmişdim. Onlar meydanda başabaş, gərgin mübarizəyə hazır olduqlarını göstərdilər".

Digər Xəbərlər
Xəbər Lenti