"Lion"un yarımmüdafiəçisi millimizlə matçda oynamayacaq

7 Sentyabr 2020 16:14 Fransa 601
"Lion"un yarımmüdafiəçisi millimizlə matçda oynamayacaq

21 yaşadək futbolçulardan ibarət Fransa millisi Azərbaycana qarşı keçirəcəyi matçdan əvvəl itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Silven Ripoll "Lion"da çıxış edən Jeff Ren-Adelaidin xidmətindən yararlana bilməyəcək.

Komandanın kapitanı Gürcüstanı səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçda zədələnib. Əzələsindən xəsarət almış 22 yaşlı yarımmüdafiəçi 26-cı dəqiqədə əvəzlənib. Buna baxmayaraq, Ren-Adelaid komanda ilə birlikdə Azərbaycana səfər edib.

Bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək Azərbaycan - Fransa matçı saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!