Messi və Ronaldodan sonra dünyanın iki ən yaxşı futbolçusu

7 Sentyabr 2020 15:32 Fransa 930
Messi və Ronaldodan sonra dünyanın iki ən yaxşı futbolçusu

Sportinfo.az xəbər verir ki, PSJ-nin idman direktoru Leonardo Kilian Mbappe və Neymarı "Yuventus"un hücumçusu Kriştianu Ronaldo və "Barselona"nın hücumçusu Lionel Messidən sonra dünyada ən yaxşı futbolçular hesab edir.

"Biz Neymar və Mbappe ilə işləməyə davam etmək istəyirik. Bu, hamı üçün aydındır. Bir komandada iki belə oyunçuya malik olmaq — bu əladır.

Messi və Ronaldo hər biri öz klublarındadır. Messi və Ronaldudan sonra dünyanın iki ən yaxşı futbolçusu klubumuzdadır", - o deyib.

PSJ ötən mövsümün nəticəsinə görə Fransa çempionatının qalibi olub. Komanda həmçinin Fransa Kubokunu və Liqa Kubokunu qazanıb.

Parislilər Çempionlar Liqasında finala qədər irəliləyiblər, lakin həlledici qarşılaşmada Münhen "Bavariya"sına 0:1 hesabı ilə uduzublar.

Digər Xəbərlər
Xəbər Lenti