Neymar: "PSJ-də qalıram"

31 Avqust 2020 17:06 Fransa 641
Neymar: "PSJ-də qalıram"

PSJ-nin futbolçusu Neymar klubdakı gələcəyi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu karyerasına Paris klubunda davam etmək istədiyini deyib:

“PSJ-də qalıram. Çempionlar Liqasının qalibi olmaq üçün yenidən finala çıxmaq istəyirəm. Klub tarixinə düşmək niyyətindəyəm. Bu düşüncə mənə motivasiya verir.

Əsas fikrim komandamla birgə Çempionlar Liqasının qalibi olmaqdır. Şəxsi mükafatlarla maraqlanmıram. Çünki yalnız kollektivlə çatmaq istədiyim hədəflər var.

Komandaya gəldiyim ilk gündən bütün gücümü ortaya qoymuşam. Həmişə özümü meydanda tam göstərməyə çalışmışam. Ötən yay çətin bir dövrdən keçdim.

Amma özümə həvəsdən düşməyə icazə vermədim. Yaşıl meydanlara qayıdanda nə ilə qarşılaşacağımı bilirdim. Lakin daha yaxşısını görmək üçün uyğunlaşmağa çalışdım.

Bundan sonra hər şey düzgün istiqamətdə getməyə başladı. Ümid edirəm ki, PSJ klub olaraq daha da böyüməyə davam edəcək. Qazana bilmədiyimiz kubokları əldə etmək istəyirik. Bu, futbol tarixinə düşməyimiz üçün yaxşı şərait yaradacaq”.

Digər Xəbərlər
Xəbər Lenti