Neymarla müqavilə ləğv olundu

30 Avqust 2020 21:40 Fransa 1 914
Neymarla müqavilə ləğv olundu

“Nike” şirkəti PSJ-nin futbolçusu Neymarla olan əməkdaşlığa son verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Nike” Neymarla müqaviləni erkən ləğv edib. Razılaşmanın pozulmasının təfərrüatları bəlli deyil.

28 yaşlı hücumçu 2011-ci ildə şirkətlə 105 milyon dollarlıq sözləşmə imzalamışdı. Tərəflərin əməkdaşlığı 2022-ci ilə qədər nəzərdə tutulurdu.

Braziliyalı futbolçunun “Puma”yla əməkdaşlığa başlayacağı iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM