Messini transfer etmək istədiyini təsdiqlədi - PSJ

29 Avqust 2020 17:10 Fransa 1 061
Messini transfer etmək istədiyini təsdiqlədi - PSJ

PSJ "Barselona"nın ulduzu Lionel Messini transfer etmək üçün ciddi səy göstərəcək.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisinin sahibləri 33 yaşlı hücumçunu almaq istədiklərini təsdiqləyib.

Onlar bu keçidə görə pul ayırmağa hazırdırlar. Klubun direktoru Leonardo artıq transferin detallarını müzakirə etmək üçün Messi ilə əlavə saxlayıb.

Lionel Messi "Barselona"dan ayrılmaq niyyətindədir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti