"Arsenal"ın müdafiəçisi millimizlə matça dəvət aldı

27 Avqust 2020 21:40 Fransa 649
"Arsenal"ın müdafiəçisi millimizlə matça dəvət aldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Silven Ripol siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi, 5 hücumçu əlavə edib.

Heyətdə İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Matteo Genduzi də var.

Qapıçılar: Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), İllan Meslier (Lids, İngiltərə);

Müdafiəçilər: Benua Badiaşile ("Monako"), Melvin Bard ("Lion"), Kolin Daqba (PSJ), Bafode Diakite ("Tuluza"), Bubakar Kamara ("Marsel"), Jül Kunde ("Sevilya", İspaniya), Krist-Emanuel Faytout Maoussa ("Renn"), Obite Evan Ndiçka ("Ayntraxt", Almaniya);

Yarımmüdafiəçilər: Maksen Kaquere ("Lion"), İbrahima Diallo ("Brest"), Matteo Genduzi ("Arsenal", İngiltərə), İmran Louza ("Nant"), Arno Nordin ("Sent-Etyenn"), Ceff Peyn-Adelaid ("Lion"), Bubakari Soumare ("Lill");

Hücumçular: Mussa Diabi ("Bayer", Almaniya), Erik Dina Ebimbe ("Dijon"), Amine Qouiri ("Nitsa"), Brayan Mbeumo ("Brentford", İngiltərə), Odson Eduard ("Seltik", Şotlandiya).

U-21-in Fransa ilə matçı Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı