"Hansı məşqçi Messi kimi bir oyunçuya "yox" deyə bilər?"

25 Avqust 2020 11:34 Fransa 1 324
"Hansı məşqçi Messi kimi  bir oyunçuya "yox" deyə bilər?"

PSJ-nin baş məşqçisi Tomal Tuhel "Barselona"nın futbolçusu Lionel Messinin Paris klubuna mümkün transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı deyib:

"Əlbəttə ki, Messini PSJ-də görməkdən məmnun olarıq. Hansı məşqçi belə bir oyunçuya "yox" deyə bilər? Ancaq düşünürəm ki, o, karyerasını "Barselona"da bitirəcək. Messi bu klubun simvoludur".

Digər Xəbərlər
Xəbər Lenti