“Arsenal” istəyirdi, “Monako” aldı

12 Avqust 2020 11:20 Fransa 1 150
“Arsenal” istəyirdi, “Monako” aldı

“Monako” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Reyms”dən Aksel Disasini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçiylə 5 illik müqavilə imzalanıb.

Disasi ilə İngiltərənin “Arsenal” klubu yaxından maraqlanırdı. Bir müddət əvvəl futbolçunun “topçular”la razılaşdığı da iddia olunurdu.

Disasi son mövsümdə Liqa 1-də 27-də oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM