PSJ-nin gözünə işıq gəldi, Mbappe məşqlərə başladı

11 Avqust 2020 00:14 Fransa 899
PSJ-nin gözünə işıq gəldi, Mbappe məşqlərə başladı

Fransa kubokunun finalında “Sent-Etyen”lə oyunda (1:0) zədələnən PSJ-nin futbolçusu Kilian Mbappe sağalıb.

Sportinfo.az xəbər verir ki, hücumçu, dünəndən məşqlərə başlayıb.

Fransalı futbolçunun öncə fərdi məşqlər etdiyi, daha sonra komandaya qoşulduğu bildirilib.

Mbappenin Çempionlar Liqasında “Atalanta” ilə oyunadək tam sağala biləcəyi qeyd olunur. Turnirin 1/4 final mərhələsinin “Atalanta” – PSJ oyunu avqustun 12-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA